Ermənistanın təcavüzünün nəticələrinin aradan qaldırılması üzrə aparılan təmir və tikinti işləri yekunlaşır

Əli Əsədov

© APA | Əli Əsədov

# 06 noyabr 2021 16:40 (UTC +04:00)

2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan ərazisinə təcavüzünün nəticələrinin aradan qaldırılması üzrə Dövlət Komissiyası tərəfindən təmir və tikintisi üzrə işlərin başa çatdığı və icra prosesində olan obyektlərin ümumi sayı 13 219 və ya 99,4% təşkil edir.

APA-nın məlumatına görə, bunu Baş nazir Əli Əsədov 2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan ərazisinə təcavüzünün nəticələrinin aradan qaldırılması üzrə Dövlət Komissiyasının fəaliyyətinin 1 ilinin yekunları ilə bağlı iclasda deyib.

Baş nazir bildirib ki, bu və ya digər səbəblərdən təmir və tikintisinə başlanmamış obyektlərin sayı 76 və ya ümumi obyektlərin 0.6%-dir. Bu kateqoriyadan olan obyektlər üzrə zəruri dəqiqləşdirmələr aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR