Maliyyə naziri: “Deputatların bütün təklif və şərhləri nəzərə alınır”

Samir Şərifov

© APA | Samir Şərifov

# 08 iyun 2021 13:08 (UTC +04:00)

“Sizləri əmin etmək istəyirəm ki, burada səsləndirilən bütün təklif və şərhlər nəzərə alınır”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında maliyyə naziri Samir Şərifov deyib.

Nazir bildirib ki, bu, Milli Məclis və Maliyyə Nazirliyi arasında işgüzar əlaqələrin nəticəsidir.

Spiker Sahibə Qafarova isə qeyd edib ki, hər birimiz bu xalqın nümayəndəsiyik: “Bu müzakirələrin çox böyük faydası var. Biz eşitdiyimizi, bizə deyilənləri sizə çatdırmalıyıq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR