Milli Məclisdə təmsil olunan siyasi partiyalara ayrılan vəsait artırılıb

Milli Məclis

© APA | Milli Məclis

# 05 noyabr 2021 16:43 (UTC +04:00)

Gələn il dövlət büdcəsindən VI çağırış Milli Məclisin deputatlarının təmsil olunduğu siyasi partiyalara ayrılan vəsait artırılıb.

APA-nın məlumatına görə, bu, “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin layihəsi”ndə əksini tapıb.

Layihəyə əsasən, 2022-ci ilin dövlət büdcəsində VI çağırış Milli Məclisin deputatlarının təmsil olunduğu siyasi partiyaların fəaliyyətinin maliyyələşdirilməsi üün 5 milyon manat vəsait ayrılması nəzərdə tutulur. Bu da 2021-ci ilə müqayisədə 1 milyon manat və ya 25% çoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR