Milli Məclisin yaz sessiyası başa çatıb

Milli Məclisin yaz sessiyası başa çatıb
# 31 may 2021 12:50 (UTC +04:00)

Milli Məclisin yaz sessiyasının sonuncu plenar iclası başa çatıb.

 APA-nın məlumatına görə, Milli Məclisin sədri Sahibə Qafarova bildirib ki, Prezident İlham Əliyevin parlamentin ilk iclasında verdiyi tövsiyə və tapşırıqların yerinə yetirilməsi üçün işlər görülüb.

Sədr qeyd edib ki, yaz sessiyasında 14 iclas keçirilib, 88 qanun və qərar, o cümlədən bir konstitusiya ilə bağlı qərar qəbul edib.

S. Qafarova vurğulayıb ki, koronavirus pandemiyasının törədiyi problemlərə baxmayaraq Milli Məclisin normal iş şəraiti qorunub saxlanıb.

Parlamentdə beynəlxalq əlaqələrin inkişafı sahəsində də işlər davam etdirilib: “Milli Məclisin sədri və deputatlarımız bir sıra beynəlxalq konfranslarda videokonfrans şəraitində iştirak edib”.

Sədr bildirib ki, artıq 30 illik işğalın nəticələrini aradan qaldırmaq üçün irimiqyaslı işlərə başlanılıb: “Bu məsələləri rəsmi səfərdə olduğum ölkələrin rəsmilərinin də diqqətinə çatdırmışıq. Keçirilən bütün görüşlərdə Azərbaycan həqiqətləri onların diqqətinə çatdırılıb.

Spiker bununla da, Milli Məclisin yaz sessiyasını bağlı elan edib.

Sessiya Dövlət Himninin oxunması ilə başa çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR