MM Komitə sədri sahibkarları şəhid ailələrini və qaziləri işə götürməyə çağırıb

MM Komitə sədri sahibkarları şəhid ailələrini və qaziləri işə götürməyə çağırıb

© APA | Musa Quliyev

# 11 iyun 2021 11:49 (UTC +04:00)

“Məşğulluq marafonu dünəndən başlayıb. Burada məqsəd 44 günlük Vətən Müharibəsi qaziləri və şəhid ailələrinin məşğulluğunu təmin etməkdir”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Musa Quliyev deyib. 

Deputat bildirib ki, bu gün Azərbaycanda büdcədən maliyyələşən 3700-dən çox təşkilat fəaliyyət göstərir: “Bu müəssisələrdən hər biri ən azı 2-3 şəhid ailəsi üzvlərini və qaziləri işə götürərsə, biz bu missiyanı tamamlaya bilərik. Mən Azərbaycandakı sahibkarlara, Azərbaycan-Amerika ticarət palatasına, Azərbaycanda fəaliyyət göstərən Türkiyə şirkətlərinə, özəl şirkətlərə müraciət edirəm. Biz bu missiyanı həyata keçirsək, dünyaya da bəyan edəcəyik ki, Azərbaycan dövləti, vətəndaşı şəhidinin, qazisinin yanındadır. Hamını bu marafona qoşulmağa dəvət edirəm”. 
 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR