MM sədri helikopter qəzasında həlak olanların ailələrinə başsağlığı verib

Milli Məclisin sədri Sahibə Qafarova

© APA | Milli Məclisin sədri Sahibə Qafarova

# 30 noyabr 2021 17:54 (UTC +04:00)

Milli Məclisin sədri Sahibə Qafarova bu gün Xızı rayonu ərazisindəki "Qaraheybət" aviasiya poliqonunda Dövlət Sərhəd Xidmətinin hərbi helikopterinin qəzaya uğraması nəticəsində həlak olanların ailələrinə başsağlığı verib.

APA-nın məlumatına görə, Milli Məclisin sədri qeyd edib ki, Dövlət Sərhəd Xidmətinin hərbi helikopterinin qəzaya uğraması xəbəri hər birimizi dərindən sarsıdıb.

“Hadisə nəticəsində həlak olan heyət üzvlərinin ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verirəm. Allah rəhmət eləsin!”, - deyə paylaşımda bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR