Ombudsman Aparatı: “Ermənistanın hərbi-siyasi rəhbərliyinin bölgədəki insan hüquqlarını təhdid edən hər cür cəhdini qınayırıq”

Ombudsman Aparatı: “Ermənistanın hərbi-siyasi rəhbərliyinin bölgədəki insan hüquqlarını təhdid edən hər cür cəhdini qınayırıq”
# 27 may 2021 00:06 (UTC +04:00)

Mayın 24-dən 26-dək Ermənistan silahlı qüvvələri tərəfindən Ermənistanın Geharkunik bölgəsindən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Kəlbəcər və Gədəbəy rayonlarındakı mövqeləri atəşə tutulub.
Bu barədə APA-ya Ombudsman Aparatından bildirilib.

Qeyd edilib ki, Ermənistan silahlı qüvvələri, həmçinin, Azərbaycanın Şuşa şəhəri istiqamətində də avtomat silahlardan havaya atəş açıblar:
“Ermənistanın hərbi-siyasi rəhbərliyinin atəşkəsi pozmaqla yeni münaqişə ocaqları yaratmaq və bölgədəki insan hüquqlarını təhdid edən hər cür cəhdini qınayırıq. Biz vəziyyəti diqqətdə saxlayırıq və əldə etdiyimiz məlumatlara əsaslanan hesabatlar vasitəsilə beynəlxalq təşkilatları məlumatlandıracağıq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR