Tbilisidə Fətəli xan Xoyski və Həsən bəy Ağayevin məzarları ziyarət olunub - FOTOLENT - VİDEO

Tbilisidə Fətəli xan Xoyski və Həsən bəy Ağayevin məzarları

© APA | Tbilisidə Fətəli xan Xoyski və Həsən bəy Ağayevin məzarları

# 28 may 2021 11:18 (UTC +04:00)

28 May - Respublika Günü münasibətilə Tbilisidə tədbir keçirilib.

APA-nın yerli bürosunun xəbərinə görə, Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev, eləcə də səfirliyin əməkdaşları, Gürcüstanda fəaliyyət göstərən azərbaycanlı iş adamları, ictimai xadimlər əvvəlcə Tbilisidə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.

Tədbir iştirakçıları daha sonra Botanika bağında Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından olan Fətəli xan Xoyski və Həsən bəy Ağayevin məzarlarının yerləşdiyi panteonu ziyarət edib, abidələri önünə gül dəstələri düzüblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR