Xaricdə təhsil almış məzunlar Ağdamda səfərdədirlər - VİDEO - YENİLƏNİB

Xaricdə təhsil almış məzunlar Ağdamda səfərdədirlər - VİDEO  - YENİLƏNİB
# 31 iyul 2021 13:05 (UTC +04:00)

Təhsil Nazirliyinin təşkilatçılığı ilə "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" və “Hökümətlərarası Təqaüd Proqramları” (HTP) çərçivəsində dünyanın bir sıra nüfuzlu ali təhsil müəssisələrində təhsil almış bir qrup məzunun işğaldan azad olunmuş Ağdam rayonuna səfəri təşkil olunub.

APA-nın Qarabağ bürosunun verdiyi xəbərə görə, səfərdə 71 nəfər Dövlət Proqramı və HTP məzunu iştirak edir.

Dünyanın 17 ölkəsinin (ABŞ, Almaniya, Avstraliya, Böyük Britaniya, Belçika, Çexiya, Çin, İsveç, İsveçrə, İtaliya, Kanada, Litva, Macarıstan, Niderland Krallığı, Polşa, Rusiya, Türkiyə) 60-a yaxın nüfuzlu ali təhsil müəssisəsində müxtəlif ixtisaslar üzrə təhsil alan məzunlar hazırda Azərbaycanda müxtəlif dövlət qurumlarında və özəl şirkətlərdə rəhbər və aparıcı mövqelərdə çalışırlar.

Qeyd edək ki, məzunlar səfər çərçivəsində Ağdam rayonunda Pənahəli xanın imarəti, İmarət stadionu, Ağdam Cümə və Qiyaslı məscidləri və Ağdam Dövlət Dram Teatrını ziyarət edəcəklər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR