Xarici ölkələrdəki müqəddəs yerlərə kütləvi ziyarəti yalnız dini mərkəzlər təşkil edəcək

Xarici ölkələrdəki müqəddəs yerlərə kütləvi ziyarəti yalnız dini mərkəzlər təşkil edəcək
# 16 iyun 2021 16:29 (UTC +04:00)

Xarici ölkələrdə yerləşən və müvafiq din üçün müqəddəs hesab edilən yerlərə ibadət məqsədilə dindarların mütəşəkkil şəkildə ziyarətlərinə dair tələb müəyyənləşib.

APA-nın məlumatına görə, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı fərmanla təsdiqlənən “Dini etiqad azadlığı haqqında” qanuna dəyişiklikdə əksini tapıb.

Beləliklə, xarici ölkələrdə yerləşən və müvafiq din üçün müqəddəs hesab edilən yerlərə ibadət məqsədilə dindarların mütəşəkkil şəkildə ziyarətləri müvafiq dini mərkəzlər (idarələr) tərəfindən həyata keçiriləcək və bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə məlumat veriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR