40 saylı Kəpəz İkinci (Gəncə) Seçki dairəsinin 2 seçki məntəqəsində səsvermənin nəticələri etibarsız sayılıb

40 saylı Kəpəz İkinci  (Gəncə) Seçki dairəsinin 2 seçki məntəqəsində səsvermənin nəticələri etibarsız sayılıb
# 25 fevral 2020 17:53 (UTC +04:00)

Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında 40 saylı Kəpəz İkinci (Gəncə) Seçki dairəsindən deputatlığa namizədliyi qeydə alınan Nurlan Abbaszadə, Mirhəsən Cabbarov və Toğrul İsgəndərlinin şikayətlərinə baxılıb. 

APA-nın məlumatına görə, bu barədə MSK üzvü Tofiq Həsənov məlumat verib.

T. Həsənov bildirib ki, araşdırma nəticəsində həmin dairənin 4 və 6 saylı seçki məntəqələrində seçicilərin iradəsini əks etdirməyən hallar müşahidə edilib: “Təklif edirəm ki, həmin seçki məntəqələrində səsvermənin nəticələri etibarsız sayılsın”.

MSK müraciəti müzakirəyə çıxarıb, 4 və 6 saylı seçki mıəntəqələrində səsvermənin nəticələrinin etibarsız sayılması ilə bağlı qərar qəbul edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR