MSK üzvlüyünə namizəd irəli sürəcək parlamentdə azlıq təşkil edən 6 partiya və 4 namizəd məlum olub

#
# 15:07
22 aprel 2021

Mərkəzi Seçki Komissiyası (MSK) üzvlüyünə namizəd irəli sürəcək parlamentdə azlıq təşkil edən 6 partiya və 4 namizəd məlum olub.

APA-nın məlumatına görə, Milli Məclisdə azlığı 3 deputat mandatına malik Vətəndaş Həmrəyliyi Partiyası (VHP) və hər biri 1 deputat mandatına malik Böyük Quruluş Partiyası (BQP), Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP), Ana Vətən Partiyası (AVP), Vəhdət Partiyası, ReAL Partiyası, Milli Cəbhə Partiyası (MCP), Azərbaycan Demokratik Maarifçilik Partiyası (ADMP), Azərbaycan Demokratik İslahatlar Partiyası (ADİP) və Vətəndaş Birliyi Partiyası təmsil edir.

MSK üzvlüyünə namizəd irəli sürəcək partiyalar aşağıdakılardır:

1. Böyük Quruluş Partiyası (BQP)

2. Ana Vətən Partiyası (AVP)

3. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP)

4. Vətəndaş Həmrəyliyi Partiyası (VHP)

5. Azərbaycan Demokratik İslahatlar Partiyası (ADİP)

6. ReAL Partiyası

Həmin partiyalardan 4-nün namizədi artıq məlumdur:

Böyük Quruluş Partiyasından (BQP) Bəxşeyiş Əsgərov, Ana Vətən Partiyasından (AVP) Etibar Quliyev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasından (BAXCP) Mikayıl Rəhimli, Vətəndaş Həmrəyliyi Partiyasından (VHP) isə Almas Qəhrəmanlının namizədliyi müəyyənləşib.

Qeyd edək ki, Vəhdət Partiyası, Milli Cəbhə Partiyası (MCP), Vətəndaş Birliyi Partiyası və Azərbaycan Demokratik Maarifçilik Partiyası (ADMP) isə namizəd müəyyənləşdirməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR