Parlament seçkiləri ilə əlaqədar 262 beynəlxalq müşahidəçi akkreditasiyadan keçib

 Parlament seçkiləri ilə əlaqədar 262 beynəlxalq müşahidəçi akkreditasiyadan keçib
# 23 yanvar 2020 17:16 (UTC +04:00)

Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar 262 beynəlxalq müşahidəçi akkreditasiyadan keçib.

APA-nın məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında bildirib.

MSK sədri deyib ki, indiyə qədər 42257 yerli müşahidəçi qeydiyyatdan keçib: "Onlardan 40955 müşahidəçi dairə seçki komissiyalarında, 1302 müşahidəçi isə MSK-da qeydiyyatdan keçib”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR