Prezidentin köməkçisi: "Diplomatik nümayəndəliklər hücum hədəfi olmamalıdır”

Prezidentin köməkçisi: "Diplomatik nümayəndəliklər hücum hədəfi olmamalıdır”
# 07 noyabr 2020 19:55 (UTC +04:00)

“Azərbaycanın Xarkovdakı Fəxri Konsulluğu silahlı hücuma məruz qalıb. Diplomatik nümayəndəliklər hücum hədəfi olmamalıdır”.

APA-nın məlumatına görə, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter” hesabında yazıb.

 

O bildirib ki, Ermənistan asimmetrik müharibəyə keçdiyi dövrdə bununla bağlı şübhə erməni terror təşkilatlarına aiddir: “Ukrayna səlahiyyətlilərinin hadisəyə dərhal reaksiyasını yüksək qiymətləndiririk”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR