Siyavuş Novruzov: “Milli Şura insanların taleyini düşünmür”

#
# 12:41
5 avqust 2020

“Bu gün Milli Şura bildirir ki, karantin rejimin uzanması onlara sərf edir. Onlar insanların taleyini düşünmür. Yalnız düşünürlər ki, insanlar narazı olsa, onların tərəfinə keçəcək”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsinin müzakirəsi zamanı deputat Siyavuş Novruzov deyib.

Deputat bildirib ki, pandemiyanın nə qədər çəkəcəyini heç kim bilmir: “Müəyyən məsələlərə toxunanda biz reallıqdan çıxış etməliyik. Biz bu gün dövlətin yanında olmalıyıq. Çünki karantin rejimi böyük dövlətləri çökdürüb”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR