Əli Əhmədov: "Qələbəmizin həlledici amili ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin adı ilə bağlıdır"

Əli Əhmədov: "Qələbəmizin həlledici amili ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin adı ilə bağlıdır"
# 10 noyabr 2020 15:58 (UTC +04:00)

“Möhtəşəm qələbənin qazanılmasının əsas səbəblərindən biri xalqımızın dəyanətidir. 30 il ərzində xalqımız işğal faktı ilə razılaşmadı, güc topladı və öz torpaqlarınını işğaldan azad etdi. Eyni zamanda, qələbənin əldə olunmasında güclü Azərbaycan dövləti rol oynadı. Hər bir dövlətin əsas missiyalarından biri öz torpaqlarının təhlükəsizliyi təmin etməkdir. Və Azərbaycan dövləti də bunu etdi”.

APA-nın məlumatına görə, bu sözləri Baş nazirin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov bu gün YAP İcra Katibliyində “Vətən müharibəsi-Böyük qələbə” mövzusunda keçirilən videokonfransda çıxışı zamanı deyib.

Əli Əhmədov bildirib ki, qələbənin təmin olunmasının mühüm səbəblərindən biri də müzəffər Azərbaycan Ordusu, cəngavər hərbçilərimizdir: “Güclü ordumuz olmasaydı, öz torpaqlarımızı azad edə bilməzdik. 30 il əvvəl Azərbaycan zəif olduğuna görə torpaqlarımız işğal olunmuşdusa, bu gün dövlətimizin qüdrəti, ordumuzun döyüş qabiliyyəti sayəsində torpaqlarımız azad olundu”.

“Qələbəmizin həlledici amili ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin adı ilə bağlıdır. Dövlət, xalq və ordu o zaman güclü olur ki, ona güclü lider rəhbərlik edir. Bu mənada, bu gün Azərbaycan xalqının böyük coşğu ilə qeyd etdiyi qələbəmizin baş qəhrəmanı Ali Baş Komandan, ölkə Prezidenti İlham Əliyevdir. Biz hərb və diplomatiya cəbhəsində cənab İlham Əliyevin liderliyini, sərkərdəlik nümunəsini gördük. Xalqımızın, dövlətimizin birliyi, dövlətimizin başçısına inam bizim qələbəmiz ilə nəticələndi. Məhz bunun nəticəsidir ki, Ermənistan tərəfindən bir neçə il ərzində işğal olunmuş və 30 il işğal altında qalan torpaqlarımızı 44 gün ərzində işğaldan azad etdik. Hesab edirəm ki, bu qələbə Azərbaycana sülh gətirməklə yanaşı, Cənubi Qafqazın sülh və firəvanlığı üçün də etibarlı zəmin yaradır. Eyni zamanda, bu şanlı qələbədən sonra Azərbaycan tarixinin yeni mərhələsi başlayacaq, Azərbaycan xalqı dünyada özünün dəyanəti, əyilməzliyi və ordusunun gücü ilə də ilə tanınacaq”-deyə, YAP Sədrinin müavini vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR