Çexiyanın Brno şəhərində təhsil alan azərbaycanlı tələbələr Şuşanın işğalı ilə bağlı aksiya keçiriblər

Çexiyanın Brno şəhərində təhsil alan azərbaycanlı tələbələr Şuşanın işğalı ilə bağlı aksiya keçiriblər
# 10 may 2007 08:47 (UTC +04:00)
Çexiya Respublikasının Brno şəhərində təhsil alan azərbaycanlı tələbələr Şuşanın işğalı ilə bağlı aksiya keçiriblər. Brno Texniki Universitetinin tələbəsi Nəriman Topçubaşov, həmin universitetin dil fakültəsinin tələbələri Fərid Hacıbəyov və Senan Nəcəfov təhsil aldıqları fakültələrdə işğal faktını özündə əks etdirən məlumatla çıxış edərək, Qafqazın qədim mədəniyyət mərkəzinin xarabazara çevrildiyini qeyd ediblər. O da xüsusi vurğulanıb ki, bütün dünyanın faşizm üzərində qələbənin növbəti ildönümünü qeyd etdiyi bir gündə Ermənistan Silahlı Qüvvələrinin Şuşanın işğalı ilə əlaqədar parad keçirməsi sivil dünyanın bütün hüquqi və mənəvi dəyərlərinə zidd olmaqla yanaşı, erməni faşizminin əyani sübutudur. Sonra işğal zamanı həlak olanların xatirəsini bir
dəqiqəlik sükutla yad etmək auditoriyalarda olan tələbələrdən xahiş olunub. Erməni tələbələrdən başqa digər tələbələr şəhidlərimizi yad ediblər. Dərslərdən sonra həmin məlumatlar yazılıb və işğal faktını təsdiqləyən fotoların əks olunduğu vərəqələr şəhərdə sakinlərə paylanıb. Aksiya insidentsiz ötüşüb. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR