Əfqanıstanın Qızılbaş Həmrəylik Şurası Azərbaycana dəstək bəyanatı yayıb

Əfqanıstanın Qızılbaş Həmrəylik Şurası Azərbaycana dəstək bəyanatı yayıb
# 05 oktyabr 2020 14:32 (UTC +04:00)

Əfqanıstanda fəaliyyət göstərən Qızılbaş Həmrəylik Şurası öz "Facebook" səhifəsində Azərbaycana dəstək bəyanatı yayıb.

Diasporla İş üzrə Dövlət Komitəsindən APA-ya bildirilib ki, bəyanatda Dağlıq Qarabağın Azərbaycana məxsus olduğu və Azərbaycanın tarixi ərazilərinin Ermənistan tərəfindən işğal edildiyi qeyd olunub.

Bildirilib ki, BMT qətnamələrində də əks edildiyi kimi, Ermənistan işğal etdiyi əraziləri dərhal tərk etməlidir.

Bəyanatda işğal edilmiş torpaqların azad edilməsi uğrunda aparılan haqlı mübarizədə Azərbaycan dövlətinə dəstək ifadə edilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR