Azərbaycan Qran-prisi Serxio Peresin qələbəsi ilə başa çatıb - YENİLƏNİB-1

Azərbaycan Qran-prisi Serxio Peresin qələbəsi ilə başa çatıb - YENİLƏNİB-1
# 06 iyun 2021 18:17 (UTC +04:00)

“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, Bakıda keçirilən mövsümün altıncı mərhələsində “Red Bull” komandasının pilotu Serxio Peres birinci yeri tutub.

Komanda yoldaşı Maks Ferstappenin qəzaya uğraması səbəbindən ilk sıraya yüksələn meksikalı pilot liderliyini sona qədər qoruyaraq, mövsümdə ilk qələbəsini qazanıb.

“Mercedes”in pilotu Luis Hamilton sona 3 dövrə qalmış yanlış istiqamətə getdiyindən, “Aston Martin”dən Sebastyan Fettel ikinci yeri tutub. “Alfa Tauri-Honda”dan Pyerr Qasli isə üçüncü olub.

“Red Bull” pilotu qalib gəlməklə son iki Azərbaycan Qran-prisini qazanan “Mercedes”in Bakıdakı uğurlu seriyasına son qoyub.

Finişə isə 20 pilotdan 16-sı çatıb. Beləliklə, 3 gün davam edən yarışa yekun vurulub.

Qeyd edək ki, 2016-cı ildə Avropa Qran-prisinin (həmin vaxt belə adlanırdı) birincisi “Mercedes”in pilotu Niko Rosberq olub. Azərbaycan Qran-prisi adlandıqdan sonra növbəti 3 ildə isə müvafiq olaraq, Daniel Rikkardo (“Red Bull”), Luis Hamilton (“Mercedes”) və Valtteri Bottas (“Mercedes”) qalib adına yiyələnib.

***

Saat. 16:30

Xəbərə video əlavə edilib:

“Formula-1” üzrə Azərbaycan Qran-prisinə start verilib.

Apasport.az saytının məlumatına görə, Bakıda keçirilən yarış Azadlıq Meydanından başlayıb.

Hərəsində 2 pilot olmaqla, 10 komanda 51 dövrəlik yarışda 306,049 km yol qət edəcək. Qran-pri təxminən 2 saat davam edəcək.

Bir gün əvvəl sıralama yarışının qalibi olan “Ferrari”nin pilotu Şarl Lekler start xəttinə hamıdan öndə başlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR