“Formula-1”: Sıralama turunda Şarl Lekler birinci olub

“Formula-1”: Sıralama turunda Şarl Lekler birinci olub
# 05 iyun 2021 17:26 (UTC +04:00)

“Formula-1” üzrə Azərbaycan Qran-prisinin sıralama turu başa çatıb.

Apasport.az saytının məlumatına görə, 10 komandanın 20 pilotu yürüşün nəticəsinə əsasən sabah keçiriləcək yarışda start xəttində öz yerlərini müəyyənləşdiriblər.

“Ferrari”nin pilotu Şarl Lekler yürüşü birinci pillədə başa vurub. O, 1 dəqiqə 41,218 saniyəlik nəticə ilə dövrədə hamını qabaqlayıb. Lekleri Luis Hamilton (“Mercedes”) izləyib. Sıralamada ilk “üçlüy”ü Maks Ferstappen (“Red Bull”) qapayıb.

Yürüşün ilk iki sessiyasında üç dəfə fasilə yaranıb. Buna Lens Stroll (“Aston Martin”), Antonio Covinatsi (“Alfa Romeo”) və Daniel Rikkardonun (“MakLaren”) qəza törətməsi səbəb olub. Həmçinin “Ferrari”nin heyətində Karlos Sayns və “Alfa Tauri-Honda”dan Yuki Tsunoda da sıralama yarışında qəza törədib.

Qeyd edək ki, sabah keçiriləcək mərhələ saat 16:00-da başlayacaq. Ondan öncə isə “Formula-2” üzrə yarış baş tutacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR