I MDB Oyunlarında Azərbaycan millisinin bayraqdarı bəlli olub

Həsrət Cəfərov

© APA | Həsrət Cəfərov

# 26 avqust 2021 11:26 (UTC +04:00)

Azərbaycan nümayəndə heyətinin Rusiyanın Kazan şəhərində keçiriləcək I MDB Oyunlarının açılış mərasimindəki bayraqdarı bəlli olub.

Apasport.az saytının məlumatına görə, bayrağımızı yunan-Roma güləşçisi Həsrət Cəfərov daşıyacaq.

O, ötən həftə Rusiyanın digər şəhəri - Ufada keçirilən dünya çempionatının qalibi olub. 67 kq çəkidə çıxış edən Cəfərov turnirin finalında erməni rəqibinə qalib gələrək qızıl medal qazanıb.

Qeyd edək ki, açılış mərasimində pandemiya ilə əlaqədar olaraq, hər ölkədən yalnız 30 nəfər idmançının iştirakı nəzərdə tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR