Azərbaycanda 384 dini icma rəsmi qeydiyyatdan keçib
12 aprel 2007 09:47 (UTC +04:00)
Azərbaycanda indiyədək 384 dini icma rəsmi qeydiyyatdan keçib. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən APA-ya verilən məlumata görə, qeydiyyata alınan dini icmalardan 31-i qeyri-İslam, qalanları isə İslam təmayüllüdür. Bəzi dini icmalar isə qeydiyyata alınma ərəfəsindədir. Qeydiyyat üçün müraciət edən icmalara bəzi sənədləri qaydaya salmaq tövsiyə olunub. Komitədən, həmçinin, bildirilib ki, bu günə kimi yalnız bir dini icmanın qeydiyyatı ləğv olunub. Təbliğat zamanı yanlışlıqlara yol verən xristian təmayüllü “Məhəbbət” kilsəsinin fəaliyyəti rəsmi şəkildə dayandırılıb. /APA/
Din
Yeni Kaledoniya nümayəndə heyəti Bakıda Müqəddəs Məryəm Katolik Kilsəsini ziyarət edib - FOTO
13:50
17 aprel 2024
QMİ: 500-ə yaxın vətəndaş Həcc ziyarəti ilə bağlı işbazların qurbanı olub
14:08
16 aprel 2024
Azərbaycandan Həcc ziyarəti üçün kvota azaldılıb, səbəbləri açıqlanıb
14:00
16 aprel 2024
Həcc ziyarəti üçün kvota bəlli olub
13:25
16 aprel 2024