Uşaqların dinə etiqad etməyə məcbur edilməsi qadağan olunur

Uşaqların dinə etiqad etməyə məcbur edilməsi qadağan olunur
# 13 aprel 2021 18:20 (UTC +04:00)

Uşaqların dinə etiqad etməyə məcbur edilməsi qadağan edilir.

APA-nın məlumatına görə, bu, “Dini etiqad azadlığı haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, uşaqların dini tərbiyəsi onların fiziki və psixi sağlamlığına təsir göstərməməlidir.

Bu qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla, kütləvi dini ibadət, ayin və mərasimlərin icrası zamanı dini təlimin əsaslarının işıqlandırılması yalnız qanunla müəyyən edilmiş qaydada təyin olunmuş din xadimləri tərəfindən həyata keçirilə bilər.

Dini ekstremizmin təbliğinə, həmçinin siyasi məqsədlər üçün dinlərarası fərqlərin istifadəsinə yönəldilmiş fəaliyyət qadağandır. 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR