Allahşükür Paşazadə: “Operativ Qərargahın qərarlarına, qaydalarına riayət etməliyik”

Allahşükür Paşazadə

© APA | Allahşükür Paşazadə

# 13 may 2021 11:04 (UTC +04:00)

“Bu gün qarşımızda COİVD-19 pandemiyası kimi bir çətinlik dayanır. Allah tezliklə bizi bu xəstəlikdən azad etsin. Biz də Operativ Qərargahın qərarlarına, qaydalarına riayət etməliyik”.

APA-nın məlumatına görə, bunu bu gün jurnalistlərə aşıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə bildirib.

Şeyxülislam Hacı Allahşükür Paşazadə deyib ki, bu, çox ağır xəstəlikdir: “Bu gün dünyanın böyük dövlətləri də bir gün ərzində minlərlə vətəndaşını itirir. Bir təyyarə qəzasında 200-300 nəfər həlak olanda bütün dünya o dövlətə, xalqa başsağlığı verir. İndi isə hər gün minlərlə insan bu xəstəlikdən həyatını itirir, bəzi dövlətlərdə ənənələrə uyğun olaraq gün ərzində meyitləri yandırmağa odun da çatmır. Allah bizi belə bəladan saxlasın”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR