Din xadimləri Şuşanın Saatlı məscidində ziyarət namazı qılıb, dualar ediblər

Din xadimləri Saatlı məscidində namaz qılıb

© APA | Din xadimləri Saatlı məscidində namaz qılıb

# 10 iyul 2021 16:41 (UTC +04:00)

Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə və ölkədəki dini konfessiya rəhbərləri Şuşa şəhərinə səfər çərçivəsində Saatlı məscidini ziyarət ediblər.

APA-nın Şuşaya ezam olunan müxbirinin məlumatına görə, səfər iştirakçıları məsciddə ziyarət namazı qılıb, dualar ediblər.

Azərbaycan Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov məscidlə bağlı məlumat verib, erməni işğalı zamanı zərər görmüş məsciddə təmir-bərpa işləri aparıldığını deyib.

Qeyd edək ki, səfərdə QMİ sədri, Şeyxülislam Allahşükür Paşazadə, idarənin Qazılar Şurasının üzvləri, Azərbaycandakı Dağ yəhudiləri icmasının rəhbəri Milix Yevdayev, Bakıdakı Avropa yəhudiləri icmasının rəhbəri Aleksandr Şarovski, Roma-Katolik Kilsəsinin Azərbaycandakı ordinarisi Vladimir Fekete, Alban udi dini icmasının rəhbəri Robert Mobili, Pravoslav kilsəsinin nümayəndələri və Milli Məclisin deputatları iştirak edirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR