QMİ sədri: “Ağdama baxanda adamın ürəyi ağrıyır”

QMİ sədri, şeyxülislam Allahşükür Paşazadə

© APA | QMİ sədri, şeyxülislam Allahşükür Paşazadə

# 21 iyul 2021 10:03 (UTC +04:00)

“İnanıram ki, işğaldan azad edilmiş ərazilərdəki məscidlərimiz, məbədlərimiz, ziyarətgahlarımız bərpa olunacaq”.

APA-nın xəbərinə görə, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, şeyxülislam Allahşükür Paşazadə “Təzəpir” məscidində bayram namazından sonra jurnalistlərə açıqlamasında deyib.

QMİ sədri qeyd edib ki, Ağdama və Şuşaya səfər etdiyi üçün çox sevinclidir: “Ağdama baxanda adamın ürəyi ağrıyır. Oraları o cür dağıdılmış halda görmək insana təsir edir. Prezident həzrətləri bütün çıxışlarında buyurur ki, biz o yerləri bərpa edəcəyik. İnanırıq ki, biz o yerləri bərpa edəcəyik. Tezliklə biz dədə-baba torpaqlarımıza qayıdacağıq”.

O, bir müddət əvvəl dini konfesiyyaların rəhbərlərinin Ağdam və Şuşaya səfərlərinin baş tutduğunu da xatırladıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR