Azərbaycan Cüdo Federasiyasının prezidenti postunda Rövnəq Abdullayevi Rəşad Nəbiyev əvəzləyib

ACF-nin hesabat-seçki konfransı

© APA | ACF-nin hesabat-seçki konfransı

# 01 noyabr 2021 17:36 (UTC +04:00)

Azərbaycan Cüdo Federasiyasında (ACF) növbədənkənar hesabat-seçki konfransı keçirilib.

Apasport.az saytının məlumatına görə, konfrans Gənclər və İdman Nazirliyinin inzibati binasında baş tutub.

Növbədənkənar seçkidə federasiyanın yeni rəhbərliyi bəlli olub. 2015-ci ildən ACF-nin prezidenti seçilən Rövnəq Abdullayevi rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev əvəzləyib. O, növbəti 4 ildə quruma rəhbərlik edəcək.

Konfransın qonaqları - gənclər və idman naziri Fərid Qayıbov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə çıxış edərək ACF-ə uğurlar arzulayıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR