Azərbaycan güləşçisi dünya çempionatında bürünc medal qazanıb

Azərbaycan güləşçisi dünya çempionatında bürünc medal qazanıb
# 20 avqust 2021 18:06 (UTC +04:00)

Azərbaycan güləşçisi Birgül Soltanova gənclər arasında təşkil olunan dünya çempionatının bürünc medalını qazanıb.

Apasport.az saytının məlumatına görə, 62 kq çəkidə mübarizə aparan idmançı Rusiyanın Ufa şəhərində təşkil olunan mundialda mükafatçılar sırasına düşüb.

O, üçüncü yer uğrunda görüşdə almaniyalı Luisa Şeel ilə qarşılaşıb və rəqibinin kürəyini yerə vurub.

Qeyd edək ki, dünən daha bir qadın güləşçimiz – 59 kq çəkidə yarışan Jalə Əliyeva da bürünc mükafat əldə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR