Murad Adıgözəlzadə: “Azərbaycanda beynəlxalq müsabiqələrin keçirilməsinə çox böyük ehtiyac var”

Murad Adıgözəlzadə: “Azərbaycanda beynəlxalq müsabiqələrin keçirilməsinə çox böyük ehtiyac var”
# 14 dekabr 2006 11:37 (UTC +04:00)
“Azərbaycanda beynəlxalq müsabiqələrin keçirilməsinə çox böyük ehtiyac var və qısa müddət ərzində Azərbaycanda bu cür layihələrin həyata keçirilməsi planlaşdırılır. Çünki belə layihələr Azərbaycanın adının yüksəlməsi üçün çox gərəklidir”. Bunu APA-ya açıqlamasında M. Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının direktoru, beynəlxalq müsabiqələr laureatı Murad Adıgözəlzadə deyib. Onun sözlərinə görə, müsabiqənin münsiflər heyətində dünya şöhrətli musiqiçilər təmsil olunacaq və bu müsabiqəyə bütün dünyadan gələcəklər: “Mən özüm Gürcüstanda keçirilən ikinci beynəlxalq müsabiqənin qalibiyəm və hər zaman təəssüflənirəm ki, orada artıq üçüncü müsabiqəyə hazırlıq gedir. Ancaq biz də hələ bir müsabiqə keçirilməyib”. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR