Rusiyalı müğənni Dima Bilan Heydər Əliyev adına Sarayda solo-konsert verib

Rusiyalı müğənni Dima Bilan Heydər Əliyev adına Sarayda solo-konsert verib
# 19 dekabr 2006 09:09 (UTC +04:00)
Dekabrın 18-də “Eurovizion-2006”-nın ikincisi olmuş Rusiyanın gənc sənətçisi Dima Bilan Heydər Əliyev adına Sarayda solo-konsert verib. APA-nın məlumatına görə, iki saata yaxın davam edən konsertdə müğənni “Never let you go”, “Ya umirayu ot lyubvi”, “Mulatka-2”, “Eta bıla lyubov”, “Tı doljna ryadom bıt”, “Milaya”, “Ya tebya pomnyu”, “Tı, tolko tı”, “Tak ustroen etot mir”, “Pozdravlyayu”, “Kak xotel ya”, “Na berequ neba”, “Ya jdu tebya” və başqa sevilən mahnılarını ifa edib. Sənətçinin pərəstişkarları olan gənc qızlar isə ondan aftoqraf almaq və şəkil çəkdirmək üçün bütün vasitələrdən istifadə ediblər. Anşlaqla baş tutan konsertdə Heydər Əliyev adına Sarayın mühafizə xidməti Dimanın pərəstişkarlarının öhdəsindən gələ bilməyib. Pərəstişkarlarının bu hərəkəti görən Dima Bilan isə daha da həvəslənib və hətta köynəyini soyunmaq istəyinə düşüb. Konsertin sonunda Dima Bilan yaxın vaxtlarda yenidən ölkəmizə gələcəyini istisna etməyib. Qeyd edək ki, bu, Dima Bilanın Azərbaycana üçüncü səfəri idi. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR