Yazıçılar Birliyində Mahmud Kaşğarlının dörd cildlik “Divani-lüğəti-t-türk” əsərinin təqdimat mərasimi keçirilib

Yazıçılar Birliyində Mahmud Kaşğarlının dörd cildlik “Divani-lüğəti-t-türk” əsərinin təqdimat mərasimi keçirilib
# 25 dekabr 2006 14:47 (UTC +04:00)
Azərbaycan Yazıçılar Birliyinin (AYB) “Natəvan” klubunda Mahmud Kaşğarlının dörd cildlik “Divani-lüğəti-t-türk” (Türk dillərinin izahlı lüğəti) əsərinin təqdimat mərasimi keçirilib. APA-nın məlumatına görə, tədbirdə çıxış edən AYB sədri, xalq yazıçısı Anar kitabın tərcüməçisi Ramiz Əsgərin AYB üzvü seçildiyini deyib və üzvlük biletini ona təqdim edib: “Mahmud Kaşğarlı bu əsəri yazmağa 6 il sərf edib - 1070-ci ildə əsəri yazılmağa başlayan əsər 1076-cı ildə bitib. Mahmud Kaşğarlı əsərin yazılmasına 6 il sərf etsə də, biz bu əsərin nəşrinə 9 il sərf etmişik. Çox təəssüflər olsun ki, türk dünyasının əsəri sayılan “Divani-lüğəti-t-türk” Azərbaycanda XXI əsrdə nəşr olunur. Biz bu əsərin çapını XX əsrin 20-ci illərindən çap etdirməyi nəzərdə tutsaq da, bu istəyimiz yalnız bu il gerçəkləşdi. Bunun üçün Ramiz Əsgərə təşəkkürümü bildirirəm”.
“Körpü” jurnalının baş redaktoru Əsəd Cahangir əsəri dilimizin, tariximizin, ədəbi irsimizin əsas qayələrdən biri saydığını vurğulayb. O bildirib ki, əsərin Azərbaycan türkcəsinə tərcümə olunması və nəşri üçün “AtaHolding” şirkəti maliyyə dəstəyi göstərib. Təqdimat mərasimində çıxış edən Sabir Rüstəmxanlı, Qəzənfər Paşayev, Elxan Zal Qaraxanlı kitabın Azərbaycan dilində nəşrini bütün ictimaiyyət üçün böyük hadisə hesab etdiklərini deyiblər. Tədbirdə Türkiyə Cümhuriyyətinin 9-cu prezidenti Süleyman Dəmirəl Mahmud Kaşğarlı Fondu tərəfindən mükafatlandırılıb. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR