Mədəniyyət və Turizm Nazirliyinin təşkil etdiyi müsabiqədə birinci yeri heç kim tutmayıb

Mədəniyyət və Turizm Nazirliyinin təşkil etdiyi müsabiqədə birinci yeri heç kim tutmayıb
# 25 dekabr 2006 15:56 (UTC +04:00)
Bəstəkarların diqqətini müəyyən janrlara yönəltmək məqsədi ilə Mədəniyyət və Turizm Nazirliyinin təşkil etdiyi müsabiqələrdən birincisi artıq başa çatıb. Bunu APA-ya açıqlamasında nazirliyin incəsənət şöbəsinin musiqi sektorunun müdiri Fərəh Əliyeva deyib. Sektor müdiri bildirib ki, yekun vurulmuş müsabiqə uşaq xor kollektivləri üçün mahnı yarışması olub: “İndi uşaqların zövqü dəyişib, oxumaq üçün yeni mahnılar istəyirlər. Müsabiqənin bir özəlliyi də onda idi ki, biz bəstəkarların təkcə öz əsərlərini təqdim etməsini deyil, həm də xalq mahnılarını yeni versiyalarda işləmələrini istəmişdik. Müsabiqəyə 41 əsər təqdim olunmuşdu. Müəlliflər sonadək gizli saxlanıldı. Münsiflər heyəti əsərləri qiymətləndirəndən sonra paketlər açıldı və biz bildik ki, müəlliflər kimdir. Hətta adlar mükafatlar yazılandan sonra açıqlandı. Birinci mükafat heç kimə verilmədi. İkinci yerə Faiq Nağıyev və İlham Abdullayevin əsərləri, 3-cü yerə Adilə Yusifova, Rəna Qədimova və Azər Dadaşovun əsərləri layiq görülüb. Üç həvəsləndirici yeri isə üç gənc bəstəkar tutub”. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR