Tarkanın qardaşı itib

Tarkanın qardaşı itib
# 27 dekabr 2006 09:48 (UTC +04:00)
Məşhur türk sənətçisi Tarkan Tevetoğlunun qardaşı Hakan Tevetoğlu itib. APA-nın xəbərinə görə, Əfqanıstanın paytaxtı Kabil şəhərində fəaliyyət göstərən “Sistema” adlı inşaat şirkətinin sahibi olan H. Tevetoğlu dekabrın 23-də axşam iş yerindən çıxaraq bir daha geri qayıtmayıb. Onun iş ortağı Həmid Zaher deyib ki, Əfqanıstanda hər kəs Hakanın məşhur müğənni Tarkanın qardaşı olduğunu bilir: “Onun qaçırılmasından şübhələnirik. Telefonu cavab vermir. Hakimiyyət orqanlarına bu barədə məlumat vermişik”. Qeyd edək ki, H. Tevetoğlunun Türkiyənin Rizə rayonunda yaşayan yaxınları da onun harada olmasından xəbərsizdirlər. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR