Azərbaycanlı kulinarlar Türkiyədə keçiriləcək beynəlxalq kulinariya festivalında iştirak edəcəklər

Azərbaycanlı kulinarlar Türkiyədə keçiriləcək beynəlxalq kulinariya festivalında iştirak edəcəklər
# 11 yanvar 2007 10:10 (UTC +04:00)
14-18 fevralda Türkiyədə keçiriləcək beynəlxalq kulinariya festivalında Azərbaycan Kulinariya Mərkəzi də iştirak edəcək. Bu barədə APA-ya mərkəzin əməkdaşı Yeganə İsmayılova məlumat verib. Festivalda ölkəmiz Nailə Mürsəlovanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil olunacaq. Milli kulinarlarımız festivala həm fərdi, həm də komanda şəklində qatılacaqlar. Azərbaycan Kulinariya Mərkəzinin sədri Tahir Əmiraslanov festivalın münsiflər heyətində təmsil olunacaq. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR