Mahsun Qırmızıgül Heydər Əliyev adına Sarayda konsert verib

Mahsun Qırmızıgül Heydər Əliyev adına Sarayda konsert verib
# 18 yanvar 2007 11:55 (UTC +04:00)
Yanvarın 17-də Türkiyənin tanınmış müğənnisi Mahsun Qırmızıgül Heydər Əliyev adına Sarayda konsert verib. APA-nın məlumatına görə, konsertə yarım saat kecikən sənətçi pərəstişkarlarından üzr istəyib: “Öncə Azərbaycan xalqını salamlayıram və sizdən üzr istəyirəm. Azərbaycana gələrkən 8 saat hava limanında gözlədiyim üçün çox yorulmuşam. Ancaq bu yorğunluğumu konsertdə hiss etdirməməyə çalışacağam”. M. Qırmızıgül konsert proqramında repertuarında yer alan “Yıkılmadım, ayaqdayım”, “Sarı, sarı”, “Annem, annem”, “Azar”, “Sevdim”, “Dinlə” və digər musiqilərlə yanaşı, Azərbaycan mahnılarını da ifa edib. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR