Musiqili Komediya Teatrının veb-saytı açıqlacaq

Musiqili Komediya Teatrının veb-saytı açıqlacaq
# 19 yanvar 2007 09:03 (UTC +04:00)
Bu ayın sonunda Azərbaycan Dövlət Musiqili Komediya Teatrının veb-saytı açıqlacaq. Teatrın direktoru Elxan Ocaqov APA-ya bildirib ki, artıq saytın materialları hazırdır. O, bu günə kimi teatrın internet saytının olmamasının səbəbini maddi durumun imkan verməməsi ilə əlaqələndirib: “Maddi durum yol vermədiyi üçün teatrın saytı bu günə kimi olmayıb. Ancaq saytın bütün materialları hazırdır. Çox güman ki, yaxın bir ay müddətində bu saytı açmağa nail olacağıq”. Saytda teatrın tarixi, korifey sənətkarları və tamaşaları haqqında məlumatlar yer alacaq. Eyni zamanda həftəlik və aylıq afişalar olacaq. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR