GƏNCƏSƏNƏT - incəsənət, sənətkarlıq və yaradıcılıq sərgi-yarmarkasının açılışı olub - FOTOLENT

Gəncə incəsənət, sənətkarlıq və yaradıcılıq sərgi-yarmarkası

© APA | Gəncə incəsənət, sənətkarlıq və yaradıcılıq sərgi-yarmarkası

# 19 sentyabr 2021 15:30 (UTC +04:00)

Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi, Gəncə İctimai İştirakçılq Məclisinin təşəbbüsü, Gəncə Regional Mədəniyyət İdarəsi, Gəncə Destinasiya Menecmenti Təşkilatı, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin birgə təşkilatçılığı, “Sahibkar Qadınlar” İB-in, “Gəncə Maarif Evi” İB-in və “Cavad Xan” Tarix və Mədəniyyət Fondunun təfədaşlığı ilə “GƏNCƏSƏNƏT” - Gəncə incəsənət, sənətkarlıq və yaradıcılıq sərgi-yarmarkası təşkil olunub.
APA-nın yerli bürosunun məlumatına görə, Gəncə Dövlət Filarmoniyasının yaxınlığındakı Urban Mərkəzindən baş tutan açılış mərasimində Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Kamran Məhərrəmov, Millət Vəkilləri Müşfiq Cəfərov və Pərvin Kərimzadə, Türkiyənin Gəncədəki Baş Konsulu Zeki Öztürk, Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətov, Gəncə Destinasiya Menecmenti Təşkilatının direktoru Zaur Bayramov, “Cavad Xan” Tarix və Mədəniyyət Fondunun birinci vitse-prezidenti Müzadil Həsənov və başqaları iştirak ediblər.
Tədbir Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Qeyd edilib ki, Gəncə tarixən mədəniyyət beşiyi hesab edilir. Burada hələ qədim dövrlərdən xeyli sayda sənətkarlar fəaliyyət göstərib, müxtəlif sənətkarlıq və incəsənət növləri inkişaf edib. Hazırda Gəncə şəhəri və ümumilikdə Qərb regionunda incəsənət və sənətkarlıq nümunələrinin satış-sərgi məkanının olmaması bu sahəyə olan marağın azalmasına gətirib çıxarıb.
Sərgi-yarmarkanın həyata keçirilməsinin əsas məqsədi vaxtılə Gəncədə, eləcə də ətraf bölgələrdə mövcud olmuş, bugünki dövrə gəlib çatmamış və ya çox az sayda sənətkar tərəfindən qorunub saxlanan bir sıra sənət ənənələrinin dirçəldilməsi və yaşadılmasıdır. Bununla yanaşı, sərgi-yarmarka alıcılarla sənətkarlar arasında körpülərin salınmasına, yaradıcılıqla məşğul olanlar arasında inkişaf yönümlü dialoqun qurulmasına, əhalidə sənətkarlıq və incəsənətə olan marağın artırılmasına, müxtəlif istiqamətli sənət növlərinin yaşadılması və inkişafına, eləcə də şəhərin mədəni həyatının canlandırılmasına xidmət edir.
«GƏNCƏSƏNƏT» - incəsənət, sənətkarlıq və yaradıcılıq sərgi-yarmarkasında Gəncə şəhəri və Qərb regionunda yaşayan sənətkarlara, rəssamlara aid bir çox növdə sənətkarlıq və rəngkarlıq nümunələri, həvəskar şəkildə yaradıcılıqla məşğul olan şəxslərin müxtəlif janrlarda əl işləri, həmçinin Gəncə mətbəxinin nümunələri təqdim olunub.
İki gün davam edəcək sərgi-yarmarkanın gələcəkdə mütəmadi şəkildə keçirilməsi planlaşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR