AFFA “Sumqayıt”a texniki məğlubiyyət verib, hakimi təhqir edənləri cəzalandırıb

AFFA “Sumqayıt”a texniki məğlubiyyət verib, hakimi təhqir edənləri cəzalandırıb
# 14 oktyabr 2021 16:10 (UTC +04:00)

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Apasport.az saytının məlumatına görə, komitə aşağı yaş qrupu üzrə çempionatlarda, eləcə də futzal matçlarında baş vermiş neqativ halları müzakirə edib.

Gənclər Liqasının “Qarabağ” – “Sumqayıt” oyununda ikincilər limiti pozduğu üçün texniki məğlubiyyət (0:3) alıb.

U-17 Liqasının “Neftçi” PFK – “Neftçi” İK İB matçında qonaq komandanın baş məşqçisi Ramin Babayev, “Kəpəz” – “Qəbələ” qarşılaşmasında isə gəncəlilərin futbolçusu Nihad Qəribov hakimi təhqir etdiyinə diskvalifikasiyaya məruz qalıb. Babayev 5, Qəribov isə 4 matçı buraxmalı olacaq.

Eyni hal futzal üzrə ikinci liqada da yaşanıb. “Hövsan”la görüş bitdikdən sonra hakimləri təhqir edən “Zülfüqar”ın oyunçusu Vüsal Məmmədov 4 oyunda iştirak etməyəcək. Oyun yarımçıq dayandırıldığı üçün “Zülfüqar”a 0:5 hesablı məğlubiyyət verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR