AVRO-2020: Bakıda oynayacaq 1/4 final cütü bəlli olub

AVRO-2020:  Bakıda oynayacaq 1/4 final cütü bəlli olub
# 27 iyun 2021 21:55 (UTC +04:00)

AVRO-2020-nin 1/4 final mərhələsinin ilk cütü müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, buna 1/8 finalın Niderland – Çexiya matçından sonra aydınlıq gəlib.

2:0 hesabı ilə qalib gələn Çexiya adını 1/4 finala yazdırıb. Onlar iyulun 3-də Bakı Olimpiya Stadionunda keçiriləcək matçda Danimarka ilə üz-üzə gələcək. Bu qarşılaşma saat 20:00-da başlayacaq.

Qeyd edək ki, Danimarka iyunun 27-də Uelsə 4:0 hesabı ilə qalib gəlib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR