AVRO-2020: Belçika İtaliyanın rəqibi olub

AVRO-2020:  Belçika İtaliyanın rəqibi olub
# 28 iyun 2021 00:55 (UTC +04:00)

AVRO-2020-də 1/4 finalın daha bir cütü dəqiqləşib.

Apasport.az saytının məlumatına görə, Münhendəki qarşılaşmada İtaliya ilə görüşəcək komanda bəlli olub.

Apenninlilərin rəqibi Belçika – Portuqaliya matçında müəyyənləşib. 1:0 hesabı ilə qalib gələn Belçika iyulun 2-də İtaliya ilə üz-üzə gələcək. Almaniyadakı oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Qeyd edək ki, bunadək Bakıdakı 1/4 finalın tərkibi bəlli olub. İyulun 3-dəki qarşılaşmada Çexiya ilə Danimarka üz-üzə gələcək.

AVRO-2020
1/4 final
2 iyul

23:00. Münhen. Belçika – İtaliya
3 iyul
20:00. Bakı. Çexiya - Danimarka

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR