AVRO-2020: İngiltərə Xorvatiya ilə, Niderland Ukrayna ilə oynayacaq

AVRO-2020:  İngiltərə Xorvatiya ilə, Niderland Ukrayna ilə oynayacaq
# 13 iyun 2021 01:26 (UTC +04:00)

AVRO-2020-nin final mərhələsi davam edir.

Apasport.az saytının məlumatına görə, çempionatın üçüncü günündə 3 oyun keçiriləcək.

Günə D qrupunda start veriləcək. Yarışın favoritlərindən olan İngiltərə millisi Xorvatiya ilə görüşəcək. Bu görüş Londonda baş tutacaq.

Digər iki matç C qrupunda keçiriləcək. Avstriya yarışın debütantı Şimali Makedoniyanı sınağa çəkəcək.

Günə Amsterdamda yekun vurulacaq. Niderland yığması Ukrayna ilə görüşəcək.

Qeyd edək ki, ilk tura iyunun 15-də yekun vurulacaq.

AVRO-2020
I tur, 13 iyun
D qrupu
17:00. İngiltərə - Xorvatiya
Baş hakim:
Daniele Orsato (İtaliya)
London. “Uembli” stadionu

C qrupu
20:00. Avstriya – Şimali Makedoniya
Baş hakim:
Andreas Ekberq (İsveç)
Buxarest. “Nasional” stadionu

23:00. Niderland - Ukrayna
Baş hakim:
Feliks Brix (Almaniya)
Amsterdam. Yohan Kroyf Arena

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR