Avropa Liqası: “Qalatasaray” “Sent-Conston”la heç-heçə edib

Avropa Liqası: “Qalatasaray” “Sent-Conston”la heç-heçə edib
# 06 avqust 2021 00:22 (UTC +04:00)

“Qalatasaray” Avropa Liqasının III təsnifat mərhələsində ilk oyununu keçirib.

Apasport.az saytının məlumatına görə, Türkiyə klubu doğma arenasında Şotlandiya təmsilçisi “Sent-Conston”u qəbul edib.

“Başahşəhər Fatih Terim” stadionunda keçirilən görüşdə 2 qol vurulub. Əvvəlcə 56-cı dəqiqədə “cim-bom”un kapitanı Fernando Muslera qırmızı vərəqə alıb. Təyin olunan penaltini dəqiq yerinə yetirən Ceyson Kerr qonaqları önə keçirib. Lakin azlıqda çıxış edən “sarı-qırmızılılar” cəmi 2 dəqiqə sonra bərabərlik topunu vurub. Yeni transfer Saşa Boey fərqlənərək, matçda son nöqtəni qoyub -1:1.

Bu komandalar arasında cavab oyunu avqustun 12-də Pertdə keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR