“Barselona” de Yonqu satmağa məcbur olur

“Barselona” de Yonqu satmağa məcbur olur
# 06 dekabr 2021 12:53 (UTC +04:00)

“Barselona”nın futbolçusu Frenki de Yonq qış fasiləsində İngiltərəyə yollana bilər.

Apasport.az saytının məlumatına görə, niderlandlı yarımmüdafiəçi “Mançester Yunayted”in maraq dairəsindədir.

Premyer Liqa təmsilçisi futbolçunun transferi üçün 55 milyon avro ödəməyə hazırdır. İspaniya nəhəngi yarımmüdafiəçisi üçün 70 milyon tələb edir.

Amma barselonalıların güzəştə gedəcəyi gözlənilir. Ciddi maliyyə sıxıntıları olan La Liqa klubu borclarla bağlı problemini həll edə bilməsə, mançesterlilərin verəcəyi məbləğlə kifayətlənməyə məcbur qalacaq.

Qeyd edək ki, Frenki cari mövsüm La Liqada 12 oyunda 1 qol və 2 assistlə fərqlənib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR