“Barselona” Kumana 12 milyon avro təzminat ödəyəcək

“Barselona” Kumana 12 milyon avro təzminat ödəyəcək
# 28 oktyabr 2021 10:00 (UTC +04:00)

“Barselona”dan qovulan Ronald Kumanın qazanacağı təzminat haqqı müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, rəhbərlik tərəfindən istefaya göndərilən niderlandlı mütəxəssis 12 milyon avro əldə edəcək.

Ötən ilin yayında kataloniyalılarla iki illik müqavilə imzalayan 58 yaşlı çalışdırıcı La Liqanın XI turunda “Rayo Valyekano”ya məğlubiyyətdən (0:1) sonra postundan qovulub. O, “Barsa”da olduğu müddətdə bir dəfə İspaniya Kral Kubokunu qazanıb.

Qeyd edək ki, “Barselona”nın bu posta keçmiş kapitanı Xavi Ernandesi gətirməsi gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR