“Barselona” məhkəməyə verilir

“Barselona” məhkəməyə verilir
# 06 iyul 2021 16:05 (UTC +04:00)

İspaniyanın “Barselona” klubunun sabiq futbolçusu Mateus Fernandes La Liqa təmsilçisini məhkəməyə vermək qərarına gəlib.

Apasport.az saytının məlumatına görə, buna səbəb müqaviləyə birtərəfli qaydada xitam verilməsidir.

Lionel Messi üçün sərfəli şərtlərə nail olmaq məqsədilə maaş cədvəlini kiçiltməyə çalışan “Barselona” Mateusu da bu üzdən göndərib. Anlaşması 2024-cü ilin yayına qədər olan braziliyalı həmin dövrədək ödənilməli vəsaiti tələb edir.

Qeyd edək ki, 2019-cu ildə “Botofoqo”dan “Barselona”ya keçən Fernandes ötən il “Valyadolid”də icarəyə verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR