“Barselona”nın futbolçusu əməliyyat olunacaq

“Barselona”nın futbolçusu əməliyyat olunacaq
# 01 dekabr 2021 16:40 (UTC +04:00)

“Barselona”nın futbolçusu Serxi Roberto əməliyyat olunacaq.

Apasport.az saytının məlumatına görə, yarımmüdafiəçinin sağ ayağı cərrahi müdaxiləyə məruz qalacaq.

29 yaşlı ispaniyalı Finlandiyada cərrah masasına uzanacaq. Turku şəhərindəki əməliyyat yaxın günlərdə baş tutacaq.

Qeyd edək ki, Serxi cari mövsümün 12 matçında 2 qol vurub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR