“Bavariya” – “Barselona” oyunu tamaşaçısız keçiriləcək

“Bavariya” – “Barselona” oyunu tamaşaçısız keçiriləcək
# 30 noyabr 2021 14:57 (UTC +04:00)

“Bavariya”nın Çempionlar Liqasının qrup mərhələsinin son turunda “Barselona” ilə matçda azarkeş dəstəyindən məhrum olacaq.

Apasport.az saytının məlumatına görə, buna səbəb Bundesliqa təmsilçisinin koronavirus pandemiyası ilə bağlı məhdudiyyətlərlə üzləşməsidir.

Almaniyada koronavirusun yayılmasına qarşı məhdudiyyətlər artırılması münhenlilərə də təsir edib. Oyunun əvvəlcə stadion tutumunun 25 faizinə qədər tamaşaçı ilə keçirilməsi planlaşdırılırdı. Lakin yoluxma sayının artması buna da mane olub.

Qeyd edək ki, “Bavariya” – “Barselona” matçı dekabrın 8-də keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR