“Bavariya” kapitanı ilə müqaviləni yeniləyəcək

“Bavariya” kapitanı ilə müqaviləni yeniləyəcək
# 17 noyabr 2021 12:50 (UTC +04:00)

“Bavariya”nın kapitanı Manuel Noyer klubla müqavilə müddətini yeniləyəcək.

Apasport.az saytının məlumatına görə, bu proses tezliklə rəsmiləşəcək.

Tərəflər arasında danışıqlar başa çatmaq üzrədir. 35 yaşlı qolkiper karyerasını Münhen klubunda bitirmək arzusundadır. O, 2023-cü ilin yayına qədər olan müqaviləsini ən azı 2 illik uzatmaq niyyətindədir. Almaniya millisinin üzvünün ilin sonuna anlaşmaya qol çəkməsi gözlənilir.

Qeyd edək ki, Manuel Noyer 2011-ci ildən “Bavariya”nın formasını geyinir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR