Çempionlar Liqasında “Araz-Naxçıvan”ın rəqibləri bəlli olub

Çempionlar Liqasında “Araz-Naxçıvan”ın rəqibləri bəlli olub
# 30 avqust 2021 18:16 (UTC +04:00)

Futzal üzrə Çempionlar Liqasında əsas mərhələnin püşkü atılıb.

Apasport.az saytının məlumatına görə, Azərbaycan təmsilçisi “Araz-Naxçıvan”ın rəqibləri bəlli olub.

Joze Alesionun baş məşqçisi olduğu komanda bu raundda VI qrupunda yer alacaq. “Araz-Naxçıvan” "Uraqan" (Ukrayna), "Liqeni" (Kosovo) və "Qalati" (Rumıniya) ilə qarşılaşacaq. Bu qrupun matçları Ukraynada baş tutacaq.

Qeyd edək ki, əsas mərhələ oktyabrın 26-31-də keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR