İngiltərə yığması 25 ildən sonra ilk dəfə oyunda dəyişiklik etməyib

İngiltərə yığması 25 ildən sonra ilk dəfə oyunda dəyişiklik etməyib
# 09 sentyabr 2021 09:50 (UTC +04:00)

DÇ-2022-nin seçmə mərhələsində Polşanın qonağı olan İngiltərə millisi 1:1 hesablı bərabərliyə imza atıb.

Apasport.az saytının məlumatına görə, Ada təmsilçisinin baş məşqçisi Qaret Sautqeyt matç ərzində dəyişikliyə əl atmayıb.

Maraqlıdır ki, bu, ingilislərin tarixində 25 ildən sonra ilk belə hadisədir. “Dumanlı Albion” təmsilçisi sonuncu dəfə AVRO-1996-nın Almaniya ilə yarımfinal (1:1, penaltilərlə 5:6) görüşündə əvəzləməyə ehtiyac duymamışdı.

Sautqeyt ehtiyat qüvvəyə şans verməməsinin səbəbini də açıqlayıb: “Qrupumuzun ən çətin matçı idi. İkinci hissədə oyuna tam nəzarət edirdik. Belə olmasaydı, əvəzləməyə əl atardım”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR